RU

Xaçmazın Çarxı kəndində minik avtomobili lokomotivlə toqquşub

Bu gün saat 09:15 radələrində Xaçmaz-Çarxı sahəsində "Prius" markalı minik avtomobili dəmiryol keçidindən istifadə qaydalarını pozub, nəticədə həmin sahədə hərəkətdə olan lokomotivlə toqquşub.

Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Qeyd edilib ki, bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır.

"ADY bir daha sürücüləri dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa, qaydalara, o cümlədən yol nişanlarının tələblərinə riayət etməyə, yalnız qatara yol verdikdən sonra hərəkəti davam etdirməyə çağırır", - məlumatda vurğulanıb.

Избранный
65
8
far.az

9Источники