2026-cı ilin I rübü ərzində banklar 372 mln. manat xalis mənfəət əldə edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 47% çoxdur.
İlk rüb üzrə bankların əməliyyat mənfəəti isə 521 mln. manat təşkil edib.
Bundan əlavə, müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 84.6 mln. manat məbləğində mənfəət vergisi ödənilib.