Blok rəsmiləri bu xəbəri hələlik şərh etməsələr də, aksiyanın əvvəlki mitinqdən fərqli olaraq daha geniş sahəni əhatə edən Respublika meydanında keçiriləcəyi bildirilir. Bu addımın seçki marafonunun ilk günündə hakim "Mülki Müqavilə" partiyası üzvlərinə psixoloji təzyiq göstərmək və müxalifətin gücünü nümayiş etdirmək məqsədi daşıdığı qeyd olunur. Müxalif blokun bu "sürpriz" gedişi ilə seçkiöncesi gərginliyi artıracağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31