RU

“Bavariya”nın Paris kabusu – 7-ci məğlubiyyət

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün birinci yarımfinal matçında PSJ-yə 4:5 hesabı ilə uduzan “Bavariya” turnir tarixindəki mənfi statistikasını yeniləyib.

Msport.az xəbər verir ki, bu, Münhen klubunun Fransa təmsilçisindən aldığı 7 məğlubiyyət olub.

Almanlar bu turnirdə yalnız “Real”a daha çox (10 dəfə) uduzub.

Bu qələbə PSJ üçün xüsusi əhəmiyyət daşıyıb. Parislilər “Bavariya”nı Çempionlar Liqasında altı oyunluq fasilədən sonra ilk dəfə məğlub ediblər. Fransız klubu Münhen təmsilçisinə qarşı son qələbəsini 2020/2021 mövsümündə, 1/4 finalın ilk matçında 3:2 hesabı ilə qazanmışdı.

Parisin “Park de Prens” stadionunda baş tutan qarşılaşma həm də PSJ-nin öz meydanında “Bavariya” üzərindəki uzunmüddətli qələbə həsrətini bitirib. Paris klubu sonuncu dəfə doğma divarlar arasında rəqibini 2017-ci ilin sentyabrında (3:0) məğlub etmişdi. Ümumilikdə isə fransızlar son altı qarşılaşmada ilk dəfə Almaniya nəhənginə qalib gəlməyi bacarıblar.

Qol düellosuna səhnə olan matçda Harri Keyn (17-ci dəqiqə), Maykl Olise (41), Upamekano (65) və Luis Dias (69) “Bavariya”nın qollarını vurublar. PSJ-nin heyətində isə Xviça Kvarasxeliya (25, 56), Usman Dembele (45+5, 58) dubl edib, Jao Neveş (33) isə bir dəfə fərqlənib.

Избранный
19
1
msport.az

2Источники