RU

Azərbaycanın ÜDM-də özəl sektorun rolu artır - Nazir

İldən-ilə Azərbaycan ÜDM-də özəl sektorun rolu artır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib.

"Özəl sektorda olan resurslar sonsuz deyil. Həmin resurslara əlçatanlıq ahəngdar şəkildə sahibkarlara təqdim edilməsi diqqət mərkəzimizdədir", - nazir qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycanda "Sahibkarlar Günü" kimi qeyd edilir.

Xəbər yenilənəcək

Избранный
25
3
day.az

4Источники