RU

Bu tarixlərdə Bakı metrosunun iş rejimi dəyişəcək

WUF13 tədbiri dövründə Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin müddətdə həmçinin əlavə işçi qüvvəsi və könüllülər metroya cəlb olunacaq:

“17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək WUF13 tədbiri dövründə Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Forumun Əməliyyat Şirkəti və aidiyyəti qurumlarla mərkəzləşdirilmiş platformada birgə fəaliyyət təmin olunacaq. Bir sıra stansiyalarda sərnişin axınını idarə etmək üçün əlavə işçi qüvvəsi və könüllülər cəlb olunacaq, xəttə buraxılmağa hazır ehtiyat qatarlar saxlanılacaq”.

Həmçinin vurğulanıb ki, pik saatlarda intervallar minimum səviyyəyə endiriləcək.

“Forum günlərində qatarların hərəkət qrafikinə xüsusi düzəlişlər edilərək, pik saatlarda intervallar minimum səviyyəyə endiriləcək. Qeyd etmək istərdik ki, tədbirlə əlaqədar Bakı metropolitenindən ödənişsiz istifadə hüququnun təmin edilməsi ilə bağlı yalnız WUF13 Əməliyyat Şirkəti ilə müvafiq əlaqəli fəaliyyət əsasında ictimaiyyətə məlumatlar təqdim ediləcək”, – deyə məlumatda qeyd olunub.

Избранный
32
6
kommersant.az

7Источники