RU

İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir - Mikayıl Cabbarov

Bakı. Trend:

İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasınıtəşkil edir və artıq qeyri-neft-qaz sektoru iqtisadi artımınbaşlıca drayverinə çevrilib.

Trend xəbərverir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bugün Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır”mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, həyata keçirilən məqsədyönlü iqtisadi siyasətnəticəsində Azərbaycan iqtisadiyyatında şaxələndirmə istiqamətindəmühüm nəticələr əldə olunub:

"Qeyri-neft-qaz sektorunun ÜDM-də payı əhəmiyyətli dərəcədəartıb. İqtisadiyyatın şaxələndirilməsində, xarici iqtisadisiyasətdə, beynəlxalq iqtisadi tərəfdaşların ölkəmizə gəlməsindəözəl sektorun rolu böyükdür.

Azərbaycanın inkişafında vicdanla işləyən sahibkarlara təşəkküredirik. Dövlət də daim sahibkarlığın, xüsusilə kiçik və ortabiznesin genişləndirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlüsahələrin inkişafı üçün müxtəlif mexanizmlərlə dəstək göstərir.Sahibkarlıq fəaliyyətinin qlobal çağırışlar fonunda dayanıqlıinkişafının təmin edilməsi üçün bu mexanizmlər daha dagenişlənəcək.

Sahibkarlardan gözləntilərimizdən biri məhsuldarlığınartırılmasıdır. Bunun əsas şərti bilikli və bacarıqlı kadrlardır.Eyni zamanda, müəssisələrin texnoloji səviyyəsinin yüksəldilməsi vəuzunmüddətli layihələrə sərmayə qoyuluşu da mühümamillərdəndir".

Nazir vurğulayıb ki, sahibkarların ixrac imkanlarınıngenişlənməsi üçün nəqliyyat xərclərinin müəyyən hissəsinin dövləttətəfindən qarşılanması məqsədilə dəstək tədbiri nəzərdətutulur:

"Hazırda Ələt azad iqtisadi zonası, sənaye parkları, işğaldanazad olunmuş ərazilərdə vergi güzəştləri qüvvədədir. Bundan əlavə,bu ildən Naxçıvan Muxtar Respublikasında 10 illik vergi güzəştləritətbiq edilir".

Məqalədə:
Избранный
57
az.trend.az

1Источники