RU

Xaçmazda minik avtomobili lokomotivlə toqquşdu FOTO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün saat 09:15-də Xaçmaz-Çarxı sahəsində "Prius" markalı minik avtomobili dəmiryol keçidindən istifadə qaydalarını pozub, nəticədə həmin sahədə hərəkətdə olan lokomotivlə toqquşub.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Qeyd edilib ki, bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır.

"ADY bir daha sürücüləri dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa, qaydalara, o cümlədən yol nişanlarının tələblərinə riayət etməyə, yalnız qatara yol verdikdən sonra hərəkəti davam etdirməyə çağırır", - məlumatda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
51
8
avtosfer.az

9Источники