2030-cu ilə qədər əlavə 30 min işsiz şəxsin özünəməşğulluğunun təşkili təmin ediləcək.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Bakıda "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, işsiz şəxslərin yeni peşə və ixtisaslara yiyələnməsi üçün 175 ixtisas sahəsi üzrə 59 mindən çox şəxs peşə hazırlığına cəlb edilib:
"Eyni zamanda işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsi və iqtisadiyyatın real tələbatına uyğun kadr potensialının formalaşması məqsədilə bu sahələr üzrə 1612 peşə və kvalifikasiya standartı hazırlanaraq işə götürənlərin istifadəsinə təqdim olunub".