RU

Nazir: Özəl sektorda əmək müqavilələrinin sayı 2,1 dəfə artaraq 1 milyonu ötüb

Bakı, 29 aprel, AZƏRTAC

Özəl sektorda əmək müqavilələrinin sayı 2,1 dəfə artaraq 1 milyonu keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə deyib.

Nazir qeyd edib ki, sahibkarlığın inkişafı ölkənin iqtisadi potensialının möhkəmlənməsində və sosial rifahın yüksəlməsində həlledici rol oynayan əsas amillərdən biridir. 2018-ci ildən etibarən 4 milyon nəfəri əhatə edən 5 sosial islahat paketi reallaşdırılıb. Bu dövrdə əmək müqavilələrinin sayı 44 faiz artaraq 1,9 milyona çatıb.

Fotoqraf – Səfiyar Məcnun
Videooperator - Namiq Abdullayev
Избранный
57
6
azertag.az

7Источники