RU

Yaponiyadan Hörmüz açıqlaması

Yaponiya hökuməti "Idemitsu Maru" tankerinin Hürmüz boğazından keçməsi üçün İrana hər hansı ödəniş etməsi barədə yayılan məlumatları təkzib edib.

Musavat.com xəbər verir ki, "Nikkei" qəzetinin məlumatına görə, rəsmi Tokio gəminin təhlükəsiz keçidini təmin etmək üçün Tehranla hər hansı maliyyə sövdələşməsinə girməyib. Tokiodakı yüksək rütbəli rəsmilərdən biri qeyd edib ki, gəminin boğazdan sərbəst keçidi hər hansı rüsum və ya xüsusi ödənişin nəticəsi deyil, birbaşa hökumətlərarası diplomatik təmasların və aparılan danışıqların bəhrəsidir.

Bundan əvvəl İran mediası "Idemitsu Kosan" şirkətinə məxsus tankerin İranın yardımı ilə Hürmüz boğazından keçdiyini iddia etmişdi. Təxminən 2 milyon barel neft daşıyan nəhəng gəmi fevralın sonundan bəri Səudiyyə Ərəbistanı sahillərində gözləmə mövqeyində idi və bölgədəki gərginlik səbəbindən hərəkəti məhdudlaşmışdı.

Yaponiyanın bu diplomatik manevri göstərir ki, Tokio regionda hərbi güc tətbiq etmədən də öz enerji təhlükəsizliyini təmin etmək üçün həm Tehran, həm də digər regional oyunçularla balanslı münasibətləri qoruyub saxlaya bilir.

Hazırda gəminin təhlükəsiz şəkildə təyinat məntəqəsinə doğru irəlilədiyi bildirilir. Bu hadisə həm də Hörmüz boğazındakı beynəlxalq gəmiçilik qaydaları və İranın bu su yollarındakı təsiri ətrafında müzakirələri yenidən aktivləşdirib.

Musavat.com

Избранный
51
musavat.com

1Источники