RU

Son 20 ildə 4 milyard manata yaxın ipoteka krediti verilib

Bakı. Trend:

2006-2026-cı illəri əhatə edən dövr üzrə sayı təxminən 58 minolmaqla 3,87 milyard manat məbləğində ipoteka krediti verilib,satınalma öhdəliyi ilə kirayə mənzillərin sayı 9306-yaçatırılıb.

Trend xəbərverir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri AnarQuliyev bu gün Bakıda “Sahibkarlığın inkişafı güclüiqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, ipoteka kreditləşməsi mənzil bazarınıaktivləşdirərək yeni layihələrin icrasını sürətləndirib və tikintisektorunun investisiya cəlbediciliyini artırıb:

"Bu alət yerli və xarici sahibkarlar üçün daha stabil vəproqnozlaşdırıla bilən bazar mühitini formalaşdırmaqla yanaşı,sosial rifahın yüksəldilməsinə, tikinti sektorunun uzunmüddətli vəsabit inkişafına xidmət edib.

2006-2026-cı illəri əhatə edən dövr üzrə təxminən 58 min ədədolmaqla 3,87 milyard manat məbləğində ipoteka krediti verilib,satınalma öhdəliyi ilə kirayə mənzillərin sayı 9306-ya çatdırılıb.Zəmanət və subsidiyalar üzrə isə 707 milyon manatlıq dəstəkmexanizmləri tətbiq edilib".

"Məhz qeyd olunanlar şəhərsalma, bərpa-quruculuq, mənziltəminatı sahəsində həyata keçirilən ardıcıl siyasət, iqlimdəyişmələri və urbanizasiya ilə bağlı qlobal çağırışlara verdiyimiztöhfələr, eləcə də BMT-nin Məskunlaşma Proqramı ilə birgətəşəbbüslər nəzərə alınaraq Azərbaycan Respublikasında 2026-cı il“Şəhərsalma və Memarlıq İli” elan edilib", - komitə sədri əlavəedib.

Məqalədə:
Избранный
53
az.trend.az

1Источники