RU

Əks yola çıxan sürücü maşınların üzərinə sürüb təhlükə yaratdı VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakıda yol hərəkəti qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə aparelin 13-də, paytaxtın Bibiheybət yolunda qeydə alınıb. Belə ki, 77-TP-374 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü əks yola çıxaraq axına qarşı hərəkət edib. O, qarşıdan avtomobillərin gəldiyini görsə də yoluna davam edərək təhlükəli vəziyyət yaradıb.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə nəzərdə tutulub.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
74
42
avtosfer.az

10Источники