RU

PSJ-nin qapıçısı komandadan ayrıla bilər

PSJ-nin qapıçısı Lukas Şevalye mövsümün sonunda komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı qolkiper əsas heyətdə yerini Matvey Safonova uduzduğu üçün narazıdır və agentləri artıq yeni klub axtarışına başlayıb.

Şevalye ötən yay PSJ-yə transfer olunub və müqaviləsi 2030-cu ilə qədərdir. Onun bazar dəyəri 30 milyon avro qiymətləndirilir. Cari Liqa 1 mövsümündə 17 oyunda 13 qol buraxıb.

Избранный
64
idmanxeber.az

1Источники