RU

Niderland Azərbaycanla su sektoru üzrə əməkdaşlıq üçün böyük imkanlar görür - Səfir

Bakı. Trend:

Niderland Azərbaycanla su sektoru üzrə əməkdaşlıq üçün böyükimkanlar görür.

Trend xəbər verir ki, bu barədə NiderlandınAzərbaycandakı səfiri Mariann de Yonq Kral günü münasibətilə Bakıdakeçirdiyi brifinqdə danışıb.

“Biz daha fəal əməkdaşlıq edə biləcəyimiz, təcrübə mübadiləsiapara biləcəyimiz, eləcədə Azərbaycan cəmiyyəti və iqtisadiyyatınaəlavə fayda verə biləcəyimiz istiqamətləri müəyyənləşdirməyəçalışırıq. Potensialı təkcə iqtisadiyyatda deyil, həm də ədliyyəsahəsində görürük. Lakin iqtisadi blokda üç istiqaməti xüsusi qeydetmək istərdim: su ehtiyatları, kənd təsərrüfatı və nəqliyyatəlaqəliliyi ”, - deyə o vurğulayıb.

De Yonq qeyd edib ki, Niderland tarixən su ilə qarşılıqlı əlaqəşəraitində inkişaf edib – ölkə ərazisinin əhəmiyyətli hissəsi suehtiyatlarının idarə olunması, torpaqların qurudulması vəmühəndislik həlləri sayəsində formalaşıb.

“Bu sahədə bizim çoxəsrlik təcrübəmiz var. Azərbaycan da suməsələlərini prioritet kimi müəyyən etdiyindən, Niderlandşirkətləri və institutları hökumət və özəl sektorla əməkdaşlıqimkanlarını fəal şəkildə araşdırırlar”, - deyə səfir əlavəedib.

Məqalədə:
Избранный
27
az.trend.az

1Источники