Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 1news.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Kövər kəndi ərazisində qeydə alınıb. 1967-ci il təvəllüdlü Şakir Həsənovun idarə etdiyi VAZ 2107” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.