RU

Zaqatalalı kümçülərə 450 qutu ipəkqurdu paylanılacaq

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Zaqatala, 29 aprel, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çindən alınaraq ölkəmizə gətirilən hibrid ipəkqurdu sənaye toxumunun (qrena) 450 qutusu Zaqatala rayonundakı yaş barama qəbulu və qurutma məntəqəsində inkubasiyaya qoyulub. Toxumların inkubasiya müddəti mayın 5-8-də başa çatacaq və əldə olunacaq ipəkqurdları bölgü əsasında rayonun kümçülərinə paylanılacaq.

Məntəqənin müdiri Faiq Köngülov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari mövsümdə barama yetişdirmək üçün 250-dək kümçü ilə müqavilə bağlanılıb. Barama istehsalçıları mövsümə ciddi hazırlaşıblar. İpəkqurdunun yemlənməsi üçün təsərrüfatlarda zəruri şəraiti olan yardımçı tikililər, xüsusi yerlər ayrılaraq dezinfeksiya olunub, rəflər quraşdırılıb.

Müxbir – Mustafa Dadaşov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
72
1
azertag.az

2Источники