RU

Mədəniyyət  Mərkəzindəki gizli bağçanın görüntüləri silindi – Eliza Scholl instaqramını niyə bağladı?

Xəbər verdiyimiz kimi 2025-ci ilin avqust ayından Qızıldaş Mədəniyyət Mərkəzində Eliza Scholl tərəfindən azyaşlı uşaqlar üçün qida və yuxu saatları da daxil olmaqla ödənişli şəkildə bağça təşkil olunub.Həmin ilin senytabr ayından Eliza Schoolun instaqram səhifəsində bağça ilə bağlı elanlar paylaşılmağa başlanıb. Uşaqlara yemək verildiyi və orada yatırılmaları ilə bağlı video və foto görüntülər paylaşılıb. 
 
Mədəniyyət nazirliyindən Yurd.mediaya verilən açıqlamada Eliza Schoolun Qızıldaş Mədəniyyət Mərkəzində müqavilə əsasında fəaliyyət göstərdiyi bildirilib.
 
Şikayətçilər tərəfindən Moderator.az saytına göndərilən faktlarda isə İqtisadiyyat nazirliyinin rəsmi taxes.gov.az saytında Eliza School adlı heç bir rəsmi kommersiya qurumu və hüquqi şəxsin qeydə alınmadığı göstərilib.Məsələ ictimailəşdikdən sonra Eliza Schoolun instaqram səhifəsində Qızıldaş Mədəniyyət Mərkəzindəki bağça fəaliyyəti ilə bağlı sübutlar silinib. Tədris mərkəzinin rəsmi qeydiyyatının olmaması ilə bağlı xəbərlər Moderator.az saytında yayımlandıqdan sonra Eliza Schoola aid elizaschool2025 adlı instaqram səhifəsi silinib.
Məsələ ilə bağlı Moderator.az saytına açıqlama verən Qaradağ rayon sakini, vətən müharibəsi iştirakçısı Mənsur Həsənovun sözlərinə görə Eliza Schoolun instaqram səhifəsinin silinməsində şirkətə Mədəniyyət nazirliyi tərəfindən göstəriş verilməsi iddia olunur:
“Qızıldaş Mədəniyyət Mərkəzində qanunsuz bağça fəaliyyəti həyata keçirən Gülnar Abbasova ilə bağlı 2025-ci ilin dekabr ayından Mədəniyyət nazirliyinə rəsmi şəkildə şikayət etsəm də, şikayətlərimə bugünədək baxılmır.Mərkəzdəki bağça fəaliyyəti sakinlər tərəfindən ictimailəşdirildikdən sonra sübutları məhv etmək üçün həmin instaqram səhifəsində bağça ilə bağlı video və fotolar silinməyə başlanıldı.Şirkətin hüquqi qeydiyyatının olmaması ilə bağlı faktlar ortaya çıxdıqdan sonra isə  elizaschool2025 adlı instaqram səhifəsi tamamən silindi. Görünən odur ki, Mədəniyyət nazirliyi bu işdə günahkar olan olan Gülnar Abbasovanı cəzalandırmaq əvəzində bütün izləri silməyə çalışır. Şikayət ərizələrimə nazirlik tərəfindən baxılmamasında və Qızıldaş Mədəniyyət Mərkəzində aylarla bağça fəaliyyəti təşkil edən Eliza Schoolun instaqram səhifəsinin silinməsində nazirliyin əsas məqsədi Gülnar Abbasovanı vəzifədə saxlamaqdır.”
 
Избранный
46
1
moderator.az

2Источники