RU

"Sabah" serbiyalını heyətinə qatdı - "Sivasspor"a transfer məbləği ödənildi

"Sabah" icarə əsasında heyətinə cəlb etdiyi daha bir futbolçunun keçidini həll edib.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Premyer Liqada lider olan klub mövsümün əvvəlində "Sivasspor"dan icarəyə götürdüyü Velko Simiçin transfer hüququna sahib çıxıb.

Belə ki, "Sabah" serbiyalını 450 min avroluq transfer etmə opsiya ilə bir mövsümlük icarəyə götürüb.

Masazır təmsilçisi Simiç üçün lazımı məbləği ödəyib. Onun "Sivasspor"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər qüvvədə idi. Velkonun "Sabah"la neçə illik müqavilə imzalaması hələ ki açıqlanmayıb.

Qeyd edək ki, 31 yaşlı futbolçu "Srvena Zvezda", "Bazel", "Domjale", "Şafhauzen", "Çiasso", "Vintertur", "Zemun", "Voyvodina", "Omoniya" klublarında oynayıb.

saytlarin hazirlanmasi

Избранный
65
4
sportal.az

5Источники