RU

Sabahın hava proqnozu AÇIQLANDI

Aprelin 30-da gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə edilsə də, gündüz saatlarında yarımadanın bəzi ərazilərində qısamüddətli, zəif yağış ehtimalı var.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, aprelin 29-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, axşama doğru isə yağıntının tədricən kəsiləcəyi ehtimal olunur.

"Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 15-18 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə yaxın iki gün ərzində əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu aran rayonlarında 17-22 dərəcə, dağlıq ərazilərdə isə 8-13 dərəcə olacaq".

Избранный
52
day.az

1Источники