RU

ABŞ USAID tibbi yardımın izlənməsi üçün yeni sistem qurur

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Baş Müfəttişlik Ofisi xaricə göndərilən dərman və tibbi ləvazimatların izlənməsi üçün yeni sistem hazırlayır. Sistem, yardımların yanlış yerə düşməsi və ya oğurlanması halında onları avtomatik aşkar edəcək.

QHT.az xarici mediaya istinadən bildirir ki, layihə ilk 6 ayda “Global Health Supply Chain” proqramına fokuslanacaq. Bu proqramın gələcəyi isə hələ müzakirə olunur.

USAID rəsmisi Sean Bottary bildirib ki, yeni sistem texnologiya vasitəsilə nəzarəti gücləndirəcək və ABŞ maliyyəsi ilə alınan dərmanların düzgün istifadəsini təmin edəcək.

Layihə USAID OIG ilə dərman təhlükəsizliyi üzrə ixtisaslaşmış NABP təşkilatı arasında əməkdaşlıqla həyata keçirilir. Məqsəd isə tibbi yardımların oğurlanması və qeyri-qanuni istifadəsinin qarşısını almaqdır.

Избранный
51
qht.az

1Источники