ain.az, Axsham.az portalına istinadən məlumat yayır.
Aktyor Taleh Yüzbəyovun bloqer həyat yoldaşı Xatirə Yüzbəyova qatıldığı tədbirdə övladlarından danışıb.
Axşam.az xəbər verir ki, bloqer hər iki övladının autizmli olduğunu deyərək göz yaşlarını saxlaya bilməyib:
“Autizmli uşaqlar çox sevgidolu uşaqlardır. Amma onların fərqlilikləri olur. Bütün məsələnin kökündə sevgi dayanır. Nə qədər sevgi və diqqət göstərsəniz, anlayışla yanaşsanız, aqressivlik görməyəcəksiniz.
Uzun müddət ictimai nəqliyyatdan istifadə etmişik. Valideynlər soruşurdu ki, onları avtobusa necə mindirirsən? Sonra taksidən istifadə etməyə başladıq. Oğlum sürücünün arxasında otururdu, mən ortada əyləşirdim ki, uşaqlar pəncərəni açanda qapını açmasınlar. Oğlum durmadan sürücünü arxadan təpikləyirdi. Sürücü də deyirdi ki, məni narahat etməsin. Ona autizmin nə olduğunu izah etmək çətin idi. Getdiyimiz yol boyu uşağımın ayaqlarını qucağımda tuturdum.
Autizmli uşaq yetişdirmək çox çətindir, bunu ifadə etmək mümkün deyil. Bunu yalnız yaşayan bilər. Uşaqlarımın üstünə çox əsəbiləşib, qışqırmışam. Onların qeyri-ixtiyari hərəkətləri məni qıcıqlandırırdı. Psixoloqla görüşdüm və seanslara qatıldım. Mənə izah etdi ki, övladlarınızın etdiyi hərəkətlər onların özündən asılı deyil, bunu bilərəkdən etmirlər".
Посмотреть эту публикацию в Instagram
Публикация от Axşam.az (@axsamaz)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.