Donald Trampa ABŞ-nin 250 illiyi münasibətilə buraxılacaq yubiley pasportu veriləcək.
Hafta.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü bu pasportların tarixi mərhələni qeyd etmək üçün nəzərdə tutulduğunu və məhdud sayda veriləcəyini bildirib. Y
ubiley pasportları bu yay Vaşinqton Pasport Agentliyi vasitəsilə təqdim olunacaq.
Standart pasportlarda dövlət başçıları Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkolnun fotoşəkilləri olacaq. Raşmor dağının iki səhifəlik təsvirində Donald Trampın portreti və imzası da yer alacaq. Üz qabığının dizaynı ənənəvi tərtibatı əks etdirir və yuxarı hissədə “Amerika Birləşmiş Ştatları”, aşağıda isə qızılı hərflərlə “Pasport” yazılır. Arxa üz qabığında ulduzlarla əhatə olunmuş 250 rəqəmi olan qızılı Amerika bayrağı emblemi də görünəcək./CNN/