Bu barədə Aktual.az Dünya Bankının əmtəə bazarları ilə bağlı növbəti hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2026-cı ildə 1 ton düyünün qiyməti 401 ABŞ dolları təşkil edəcək. Bu, ötən ilin oktyabr ayında verilmiş proqnozla eynidir
DB-nin proqnozuna əsasən, 2027-ci ildə 1 ton düyünün qiyməti 413 ABŞ dolları olacaq ki, bu da oktyabrda verilən proqnoz göstəricidən 4 ABŞ dolları çoxdur.
Bankın proqnozuna əsasən, illik müqayisədə düyünün qiyməti 2026-cı ildə 1,7% azalacaq , 2027-ci ildə isə 3% artacaq.
Hesabata görə, 2025-ci ildə 1 ton düyünün qiyməti 408 ABŞ dolları olub.