RU

AzMİU tələbəsindən fərdi sərgi: memarlar əsərlərdə canlandı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 4-cü kurs tələbəsi Tugiya Xudiyevanın fərdi sərgisi “Dizayn Həftəsi” çərçivəsində təqdim olunub.

AzEdu.az xəbər verir ki, tələbə sərgidə əsasən abstrakt üslubda hazırladığı əsərləri nümayiş etdirib.

Tugiya Xudiyeva bildirib ki, bu il keçirilən sərgidə mövzu seçimini “Memarlıq və Şəhərsalma İli”nə uyğunlaşdırıb:

“Keçən il olduğu kimi, bu il də universitetimizdə Dizayn Həftəsi təşkil olunub. Tədbir beş gün davam edir: birinci gün ustad dərsləri, ikinci gün açıq qapı günü, üçüncü gün açılış mərasimi, dördüncü gün panel müzakirələr, beşinci gün isə hərrac keçirilir.

Keçən il bir tələbənin fərdi sərgisi təşkil olunmuşdu, bu il isə mənim fərdi sərgim təqdim edildi. Rəsm əsərlərimdə əsasən abstrakt üslubdan istifadə edirəm və demək olar ki, bütün işlərimdə çəhrayı rəngi aksent kimi ön plana çıxarıram.

Bu il “Memarlıq və Şəhərsalma İli” ilə əlaqədar olaraq mövzu seçimimi də buna uyğunlaşdırdım. Belə ki, əsərlərimdə görkəmli memarları təsvir etmişəm. Kompozisiyalarda əsasən ağ-qara tonlardan istifadə etmiş, vizual vurğu yaratmaq üçün isə rəngli iplərlə aksentlər əlavə etmişəm”.

Избранный
47
azedu.az

1Источники