RU

Trampın atmacasına Kraldan tutarlı cavab

Böyük Britaniya monarxı III Çarlz Amerika Birləşmiş Ştatlarının Konqresində məruzə ilə çıxış edərək, Şimali Atlantika Alyansında (NATO) həmrəyliyin vacibliyini vurğulayıb və Ukrayna məsələsində "sarsılmaz qətiyyət" nümayiş etdirməyə səsləyib.

 

Bu barədə "The New York Times" məlumat yayıb.

 

Britaniya Kralının ABŞ qanunverici orqanında bu cür çıxışı sonuncu dəfə 1991-ci ildə qeydə alınmışdı. III Çarlz çıxışında bildirib ki, sözügedən tədbir qlobal qeyri-müəyyənliyin hökm sürdüyü bir vaxta təsadüf edir: Avropa qitəsindən tutmuş Yaxın Şərq regionunadək uzanan silahlı toqquşmalar dünya birliyi üçün ciddi sınaqlara çevrilir.

 

Eyni zamanda, Ağ Evdə təşkil olunan rəsmi ziyafətdə Birləşmiş Krallığın rəhbəri Trampın yanvar ayında səsləndirdiyi fikirlərə də münasibət bildirib. Xatırladaq ki, o, İkinci Dünya müharibəsində ABŞ-ın qələbəsi olmasaydı, "hər kəsin alman, bəlkə də qismən yapon dilində danışacağını" iddia etmişdi.

 

Monarx ABŞ-ın müstəqillik əldə etməsindən öncə Şimali Amerika uğrunda Fransa və Böyük Britaniya arasındakı tarixi mübarizəni xatırladaraq deyib: "Cənab prezident, siz bir qədər əvvəl bildirmişdiniz ki, əgər Birləşmiş Ştatlar olmasaydı, Avropa dövlətlərində əhali alman dilində danışardı. Mən isə əminliklə söyləyə bilərəm ki, əgər biz olmasaydıq, o zaman siz özünüz fransızca danışmalı olardınız".




Избранный
39
senzor.az

1Источники