RU

"ASAN xidmət" “Hər kəs üçün ASAN” layihəsini reallaşdırır » AzadMedia.az



"ASAN xidmət" "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi ilə birgə tərəfdaşlıq çərçivəsində “Hər kəs üçün ASAN” sosial layihəsinə start verib.

Layihə çərçivəsində dövlət xidmətləri ilə bağlı məlumatlandırıcı videolar hazırlanaraq "ASAN xidmət"in sosial media hesablarında paylaşılacaq. Videolar surdotərcümə (işarət dili) ilə təqdim ediləcək və burada müxtəlif dövlət xidmətləri, müraciət qaydaları, vətəndaşların yararlana biləcəyi imkanlar barədə məlumatlar əks olunacaq.

Layihənin əsas məqsədi eşitmə və nitq məhdudiyyətli şəxslərin dövlət xidmətlərinə çıxış imkanlarını genişləndirmək, onların məlumatları daha rahat və əlçatan formada əldə etməsini təmin etməkdir.

"ASAN xidmət" fəaliyyətində hər zaman vətəndaş məmnuniyyətini, sosial həssaslığı və xidmətlərin hər kəs üçün əlçatan olmasını əsas prioritetlərdən biri kimi ön planda saxlayır.
https://youtube.com/shorts/RXykZjm6BBI?si=fodxruJ9OMobbKzm
Избранный
48
11
azadmedia.az

10Источники