Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Biz media üçün çox açıq bir təşkilatıq. Bu halda mediada səsləndirilən xarici diplomatik nümayəndəliklərin rəhbərlərinin, heyətinin baqajının gömrük baxışından keçirilməsi ilə bağlı sanki gömrük orqanlarına yeni səlahiyyətin verilməsi və diplomatların yoxlanılması məsələsi həqiqəti əks etdirmir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DSK) sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı bildirib.
“Bizdəki mövcud qanunvericilikdə dünyada beynəlxalq konvensiyalarda qəbul olunan normaların tətbiqini görürük. Xarici ölkələrin diplomatlarının baqajlarının gömrükdə yoxlanılması ilə bağlı azadolma 384-cü maddədə qeyd edilmişdi. Bu mahiyyəti üzrə 384-cü maddədən ləğv edilir və başqa maddəyə keçirilir”.
Nuranə Daxilqızı
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.