RU

"Bayer Leverkuzen" Tapsobaya göz dikənləri məyus etdi

"Bayer Leverkuzen" mərkəz müdafiəçisi Edmon Tapsoba ilə müqavilə yeniləyib.

Fanat.Az xəbər verir ki, məlumatı "əczaçılar"ın rəsmi saytı yayıb.

Burkina-Faso millisinin üzvü müddəti 2031-ci ilə qədər nəzərdə tutulan sazişə imza atıb. 

Tapsoba yeni anlaşmaya qol çəkəndən sonra fikirlərini bölüşüb: "Bir klubda belə çox qalmaq müasir futbolda az rast gəlinən haldır. "Bayer" mənim üçün xüsusidir. Bu klub çox sayda dost tapdığım məkandır, ikinci evimdir. Birlikdə nail olduqlarımızla qürur duyuram. Burada həm möhtəşəm təcrübə toplamışam, həm də böyük titulları bayram etmək şansı qazanmışam. Gələcəkdə də belə uğurların davamını gətirməyə hədəflənəcəyik". 

Xatırladaq ki, 27 yaşlı Tapsoba Leverkuzen təmsilçisinə 2020-ci ilin qışında Portuqaliya klubu "Vitoriya Gimaraynş"dan keçib.

Nihat

Избранный
37
fanat.az

1Источники