RU

“Ən real ssenari...” – İranla bağlı yeni PROQNOZ

ABŞ-İsrail müştərək qüvvələrinin İrana hücumundan 60 gün keçir. Aprelin 8-də əldə olunan atəşkəs razılaşması davam etməkdədir. Amma AĞ Ev liderinin son çıxışından da görünür ki, hərbi əməliyyatlar hər an bərpa oluna bilər.

Bəs hazırkı şəraitdə tərəflərdən hansı üstün görünür? Genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı yüksəkdirmi?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a deyib ki, tərəflər qarşılıqlı şəkildə təzyiqi artırır. Onun sözlərinə görə, ABŞ hərbi və texnoloji baxımdan daha üstün mövqedədir.
“Ancaq bu üstünlük hər hansı siyasi nəticə yaratmır. İran isə fərqli strategiya seçib. Daha çox birbaşa toqquşmadan yayınaraq proksi qüvvələr, dron hücumları və regional təsir vasitəsilə qarşı tərəfin risk və xərclərini artırmağa çalışır”,_ S.Əliyeva deyib.

Sona

Onun fikrincə, hər iki tərəf gərginliyi idarə olunan səviyyədə saxlamaqda maraqlıdır: “Qarşıdurma var, gərginlik yüksəkdir, amma bu, hələ nəzarətdən çıxmış proses deyil. Eyni zamanda, bu gərginliyin qlobal təsirləri də artıq hiss olunmağa başlayıb. Enerji bazarlarında həssaslıq günü-gündən artır və region ölkələri təhlükəsizlik siyasətlərini yenidən nəzərdən keçirir. Lakin tərəflər genişmiqyaslı böhrana səbəb olacaq addımlardan çəkinir. Düşünürəm ki, yaxın aylarda ən real ssenari gərginliyin davam etməsidir. Dolayı toqquşmalar arta, risklər yüksələ bilər, amma hələlik birbaşa müharibə tərəflərin marağında deyil”.

Cavanşir Abbaslı
Musavat.com

Избранный
26
19
musavat.com

10Источники