RU

"Mərkəzimizin AzMİU-da ilk sərgisidir"

"Mərkəzimizin burada təşkil olunan ilk sərgisidir".

AzEdu.az xəbər verir ki, bu sözləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin baş təlimçisi (bədii oyma üzrə) Asif Qasımov qeyd edib.

“Bu gün burada “Memarlıq həftəsi” elan olunduğu üçün mərkəzimizi təmsil edirik. Hazırda gördüyünüz kimi, bədii oyma, floristika, keramika, rəssamlıq və digər bir çox sahələr üzrə fəaliyyətlərimizi təqdim edirik.

Qeyd edim ki, bu, mərkəzimizin burada təşkil olunan ilk sərgisidir. Ümid edirik ki, bundan sonra da belə əməkdaşlıqlar davamlı olacaq. Eyni zamanda, müxtəlif məkanlarda sərgilərimiz mütəmadi olaraq keçirilir. Artıq mərkəzimizin onlayn portalı da fəaliyyətə başlayıb və satışlara start verilib".

Избранный
57
azedu.az

1Источники