RU

Xaçmazda 2 nəfərin öldüyü qəza ilə bağlı TƏFƏRRÜAT

Xaçmazda baş verən ağır yol qəzasında həyatını itirən sürücülərin hər ikisinin kimliyi məlum olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Xaçmazda dəhşətli QƏZA – Ölənlər var – ÖZƏL/FOTO


Bizim.Media-nın əldə etdiyi məlumata görə, “VAZ” və “Kia” markalı avtomobillərin toqquşması nəticəsində ölən şəxslər Xaçmaz rayon sakinləridir.

Qəza zamanı həyatını itirən 31 yaşlı Orxan Mirzəquliyev rayonun Yalama kənd sakini, 35 yaşlı İsrafil İsayətov isə Uqoroba kənd sakini olub.

Məlumata görə, Orxan Mirzəquliyev Vətən müharibəsi iştirakçısı olub.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Избранный
30
2
bizim.media

3Источники