Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Xaçmazda baş verən ağır yol qəzasında həyatını itirən sürücülərin hər ikisinin kimliyi məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Xaçmazda dəhşətli QƏZA – Ölənlər var – ÖZƏL/FOTO
Bizim.Media-nın əldə etdiyi məlumata görə, “VAZ” və “Kia” markalı avtomobillərin toqquşması nəticəsində ölən şəxslər Xaçmaz rayon sakinləridir.Qəza zamanı həyatını itirən 31 yaşlı Orxan Mirzəquliyev rayonun Yalama kənd sakini, 35 yaşlı İsrafil İsayətov isə Uqoroba kənd sakini olub.Məlumata görə, Orxan Mirzəquliyev Vətən müharibəsi iştirakçısı olub.Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.