RU

Tedesko azarkeşlərlə vidalaşdı, gözyaşlarını saxlaya bilmədi - Video

BAKI, 29 aprel. TELEQRAF

Superliqa təmsilçilərindən "Fənərbağça"nın istefaya göndərdiyi baş məşqçi Domeniko Tedesko, oyunçularla vidalaşmaq üçün Samandıra Can Bartu Məşq Kompleksinə yollanıb.

Teleqraf xəbər verir ki, "sarı-lacivərdli" azarkeşlər Tedeskoya dəstəklərini göstərmək üçün kompleksin qarşısında toplaşıblar.

Fanatlar Tedeskoya sevgi nümayiş etdirib, onunla şəkil çəkdirmək və imza almaq üçün uzun müddət gözləyiblər

"Fənərbağça" azarkeşlərinin imza və şəkil çəkdirmək istəklərini geri çevirməyən Tedesko, stadiondan çıxarkən duyğusal anlar yaşayıb. İtaliyalı mütəxəssis azarkeşlərin alqışları fonunda kövrəlib və göz yaşlarını gizlədə bilməyib.

Həmin görüntüləri təqdim edirik:

Избранный
52
teleqraf.com

1Источники