RU

Zelenski: Ukrayna Rusiyaya zərbələrin məsafəsini artıracaq

Ukrayna Rusiyaya qarşı zərbələrinin məsafəsini artıracaq. Lakin dronlar artıq 1500 kilometrdən çox məsafədəki hədəflərə çatır.

AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “Telegram” kanalındakı paylaşımında bildirib.

Zelenski hazırkı mərhələni “uzaqmənzilli sanksiyalar” - Ukrayna silahlarının Rusiyaya qarşı istifadəsində yeni bir istiqamət adlandırıb.

“Birbaşa məsafə 1500 kilometrdən çoxdur. Biz müvafiq məsafələri artıracağıq və bunlar Ukraynanın tamamilə ədalətli cavablarıdır”, - deyə Prezident yazıb.

Onun sözlərinə görə, hər bir zərbə Rusiyanın üç sahədə - hərbi sənaye, logistika və neft ixracı imkanlarını azaldır.

“Nəticələr hamı üçün aydındır. Rusiyanın müharibəyə son qoymalı olduğu da hamıya bəllidir. Diplomatiyaya keçməyin vaxtıdır və Moskva bu siqnala qulaq asmalıdır”, - deyə dövlət başçısı əlavə edib.

Aprelin 29-u səhəri dronlar eyni vaxtda Rusiyanın iki şəhərinə - Orsk və Permə hücum edib. Neft emalı zavoduna və neft kəməri şirkətinin obyektinə zərbələr endirilib. Orsk Ukrayna sərhədindən 1400 kilometrdən uzaq məsafədə yerləşir.

Избранный
42
3
yeniazerbaycan.com

4Источники