Dietoloq Nikola Ludlam-Reyn qırmızı ətin təhlükələrinin çox şişirdildiyinə inanır.
Redaktor.az xəbər verir ki, o, "The Telegraph" qəzetinə verdiyi müsahibədə ət yeməklərinin zərərli olması mifini təkzib edib.
Mütəxəssis qeyd edib ki, orta miqdarda istehlak edilən qırmızı ət sağlamlığa zərərli deyil və bədəni dəmir və B vitaminləri kimi vacib qida maddələri ilə təmin edir. O, emal olunmuş ət məhsullarının daha çox sağlamlıq riski yaratdığını bildirib.
Həkim qırmızı ətdən tamamilə imtina etməyə ehtiyac olmadığını əminliklə bildirib. Mütəxəssis vurğulayıb ki, qırmızı ət, əgər mülayim şəkildə istehlak olunarsa, sağlam pəhrizin bir hissəsi ola bilər.
Dietoloq hər gün qırmızı ətdən çəkinməyi, yumşaq bişirmə üsullarını seçməyi və pəhrizə digər protein mənbələri və bol bitki mənşəli qidalar əlavə etməyi tövsiyə edib.
Aytəkin TOFİQQIZI