RU

85 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi “2 ay…”

ain.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

"İki ay əvvəl evdə yıxıldım, qolum sındı".

“Yeni Sabah”  xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Xalq artisti Flora Kərimova səhhətindən danışarkən deyib.

"Başım gicəlləndi, yerə yıxıldım, nəticədə qolum zədələndi. Uzun müddət əziyyət çəkdim, iki ay oturaq vəziyyətdə yatmalı oldum. İndi vəziyyətim yavaş-yavaş yaxşılaşır. Hər gün səhhətimdəki müsbət dəyişiklikləri hiss edirəm və bu məni ruhlandırır. Artıq əlimi tədricən daha sərbəst hərəkət etdirə bilirəm, əvvəlkindən daha yaxşıyam", - Xalq artisti əlavə edib.

Qeyd edək ki, Flora Kərimovanın 85 yaşı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
45
16
yenisabah.az

10Источники