RU

İran gərginliyi nefti bahalaşdırdı: Brent 115 dollara yüksəldi

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Donald Tramp administrasiyasının İran limanlarına qarşı blokadanı genişləndirməyə hazırlaşdığı barədə xəbərlər neft bazarında ciddi qiymət artımına səbəb olub.

Redaktor.az xəbər verir ki, Brent markalı neftin qiyməti çərşənbə axşamı 110 dollar səviyyəsindən bir qədər yuxarı bağlanıb, çərşənbə günü isə 115 dollara qədər yüksəlib.

Məlumata görə, qiymətlər daha sonra bir qədər geriləyərək 114,37 dollar səviyyəsində qərarlaşıb.

Bildirilib ki, gərginliyin artması əsasən Hörmüz boğazı ətrafında yaranan vəziyyətlə bağlıdır. Bu boğaz dünya neft və maye təbii qaz tədarükünün böyük hissəsinin keçdiyi əsas marşrutlardan biridir.

Qeyd olunur ki, İran ABŞ-ın mümkün blokadasına cavab olaraq boğazdan keçən nəqliyyata məhdudiyyətləri davam etdirəcəyini açıqlayıb.

Məlumata görə, münaqişənin başlanmasından sonra neft bazarında kəskin dalğalanmalar müşahidə olunur və tədarük təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
63
1
redaktor.az

2Источники