RU

Hərbi prokuror Daxili Qoşunların hərbi hissəsində görüş keçirdi – FOTO

Hərbi prokuror Bəhruz Əhmədov Daxili Qoşunların rəhbər vəzifəli şəxsləri ilə birlikdə hərbi hissədə hərbi qulluqçularla görüş keçirib.

Görüşün əvvəlində Ümumi Lider Heydər Əliyevin büstünün və Şəhidlər abidəsinin önünə gül dəstələri düzülərək, əziz xatirələri dərin ehtiramla yad edilib.
 

Tədbirdə Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların maddi-texniki bazası, hərbi qulluqçuların məişət şəraiti yaxşılaşdırılıb, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib. Bunun nəticəsində Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrilib.


Daxili Qoşunların şəxsi heyətinin Vətən müharibəsi və Antiterror əməliyyatında iştirakı, 4 hərbi qulluqçunun “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülməsi barədə geniş məlumat verilərək, bundan sonra da respublikamızda asayişin, daxili təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəkləri vurğulanıb.

Hərbi prokuror görüş zamanı hərbi qulluqçulara nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.



Bizim.Media

Избранный
43
12
bizim.media

10Источники