Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Qoşqar Daşdiyev və İrşad Əsgərxanlı ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.
Bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. “Yüksəliş” müsabiqəsi qaliblərinə həssas əhali qrupları ilə aparılan sosial iş, onlara göstərilən reabilitasiyayönümlü sosial xidmətlər, bu sahədə hədəflər barədə məlumat verilib. Göstərilən xidmətlərin keyfiyyətinin artırılması, onların daha əlçatan olması və xidmət şəbəkəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Habelə uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması, reinteqrasiya tədbirləri, məişət zorakılığına məruz qalmış şəxslərin, repatriantların sosial reabilitasiya xidmətləri ilə əhatə olunması sahələrində qurum tərəfindən aparılan işlərdən bəhs olunub.
“Yüksəliş” müsabiqəsi qaliblərinin sualları da cavablandırılıb, sosial xidmətlər sahəsi ilə bağlı fikir mübadiləsi aparılıb.