RU

Fiziki şəxslər üçün 300 dollar limiti dəyişməyəcək – Şahin Bağırov

Fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün gömrük ödənişlərini ödəmədən ölkəyə dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğində mal gətirilməsi məsələsinə dəyişiklik nəzərdə tutulmur.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Qeyd edək ki, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. (Apa)

Избранный
46
8
fed.az

10Источники