Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyə kubokunun 1/4 finalında keçirilən “Konyaspor” - “Fənərbaxça” (1:0) matçı zamanı stadionun üzərindən helikopterlərin uçmasına icazə verən general-mayor Mete Kuş cəzalanıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Konyaspor”la yaxın əlaqələri ilə tanınan Konya 3-cü Əsas Reaktiv Bazası və Qarnizonunun komandiri komandaya dəstək məqsədi ilə arenanın üzərindən uçuşların olmasına icazə verdiyi üçün vəzifəsi aşağı salınıb.
Onun bu hərəkəti Türkiyə Silahlı Qüvvələri daxilində narazılıqla qarşılanıb.
Hadisədən sonra general-mayor Mete Kuş hazırkı vəzifəsindən göndərilib və Hərbi Hava Qüvvələri Komandanlığı Qərargahına təyinat alıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.