RU

Mourinyo "Real" barədə niyə danışmaq istəmir?

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Real”a mümkün qayıdışı ilə bağlı yayılan şayiələrə münasibət bildirməkdən imtina edib.

Publika.az xəbər verir ki, o, gələcəyi barədə susqunluğunu qoruyur. Portuqaliyalı mütəxəssisin müqaviləsi gələn il başa çatır və o, “Benfika”da qalmaq istədiyini bildirib.

Eyni zamanda, yayılan məlumatlara görə, “Real”ın prezidenti Florentino Peres Mourinyonu yayda baş məşqçi postuna əsas namizəd kimi müəyyənləşdirib. Hazırda komandanı çalışdıran Alvaro Arbeloanın əvəzlənməsi planlaşdırılır.

Qeyd edək ki, “Los Blankos”un siyahısında digər namizədlər Yürgen Klopp, Didye Deşam və Lionel Skalonidir.

Избранный
37
33
publika.az

10Источники