RU

Hörmüz boğazının açılması niyyəti ilə bağlı tədbirlər görülməlidir - Hakan Fidan

"Hər iki tərəfin daimi atəşkəs və sülhə nail olmaq, eləcə də Hörmüz boğazını açmaq niyyəti ilə hərəkət etməsi son dərəcə vacibdir".

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında sülh danışıqları ilə bağlı danışıb.

"Növbəti bir neçə gün müəyyən mövqelərin aydınlaşdırılması baxımından çox vacibdir. Hər iki tərəfin daimi atəşkəs və sülhə nail olmaq, eləcə də Hörmüz boğazını açmaq niyyəti ilə hərəkət etməsi son dərəcə vacibdir. Burada həll edilməli olan bəzi ətraflı məsələlər var. Açığı, mən pakistanlı qardaşlarımızın bacarıqlarına güvənirəm. Dəstəyimiz davam edəcək",-nazir bildirib.

İlahə Qənbərli

Missiya.Az

Избранный
25
missiya.az

1Источники