RU

Azərbaycan və BƏƏ iqtisadi əməkdaşlığı müzakirə edilib

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi əməkdaşlıq müzakirə edilib.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyində dövlət naziri, Azərbaycan - BƏƏ Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin həmsədri Səid əl-Hacirinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. Strateji tərəfdaşlığımızın gücləndiyini və iqtisadi tərəfdaşlığın şaxələndirilməsi üçün yeni imkanlar yarandığını vurğuladıq. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, biznes əlaqələrinin və işgüzar dairələr arasında əməkdaşlığın dinamik inkişafı, birgə investisiyaların təşviqi, sənaye, enerji, nəqliyyat, turizm və digər sahələrdə işbirliyinin möhkəmləndirilməsi barədə müzakirələr apardıq", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 404,799 milyon ABŞ dolları təşkil edib.

2025-ci ildə BƏƏ-dən gələn investisiyaların Azərbaycanın ümumi birbaşa xarici investisiyalarındakı payı 6,1% təşkil edib.

Избранный
45
1
banco.az

5Источники