
Almaniya avtomobil istehsalçısı “Mercedes-Benz”in 2026-cı ilin ilk üç ayında xalis gəliri 17,2% azalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında öz əksini tapıb.
Şirkətin məlumatına görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə şirkətin gəliri 1,73 milyard avrodan 1,43 milyard avroya düşüb.
2025-ci ilin birinci rübündə gəlir bir il əvvəlki böhrandan sonra 43% azalıb. Bu ilin birinci rübündə əməliyyat gəliri 16,8% azalaraq təxminən 2,3 milyard avrodan 1,9 milyard avroya düşüb. Gəlir isə təxminən 5% azalaraq 31,6 milyard avro təşkil edib.
Digər tərəfdən, Çində satışların azalması da bu ilin birinci rübündə “Mercedes-Benz”in satışlarının azalmasına səbəb olub.
Ümumilikdə isə minik avtomobillərinin satışları 6% azalaraq, 419 400 ədədə düşüb.
Avtomobil istehsalçısı uzun müddətdir ki, yalnız satışlarda deyil, həm də gəlirlərdə azalma ilə mübarizə aparır.
2025-ci ildə gəlir təxminən iki dəfə azalıb və 10,4 milyard avrodan 5,3 milyard avroya düşüb. Tariflər, mənfi məzənnə təsirləri və Çindəki şiddətli rəqabət də nəticələrə təsirsiz keçməyib.