“Comex” birjasında 2026-cı ilin iyun tədarüklü qızıl fyuçerslərinin qiyməti 30 mart 2026-cı ildən bəri ilk dəfə olaraq bir troya unsiyası üçün $4 550-dən aşağı enib. Bunu ticarət məlumatları göstərir.
Bakıvaxtı ilə saat 17:20-yə olan məlumata görə, qızılın qiyməti 1,34% azalaraq bir troya unsiyası üçün $4 546,8 səviyyəsinə düşüb.
Saat 17:25-də isə eniş tempi zəifləyib və fyuçerslərin qiyməti $4 547,5 (-1,32%) olub. Eyni vaxtda 2026-cı ilin may tədarüklü gümüş fyuçersləri bir troya unsiyası üçün $72,155 (-2,16%) səviyyəsində olub.