RU

Bakıda 19 yaşlı oğlanla hamamda zəhərlənən yeniyetmə qız barədə araşdırmaBAŞLANDI - YENİLƏNİB

Bakıda bir nəfərin dəm qazından ölməsi, digər şəxsin zəhərlənməsi faktı araşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, aprelin 28-də paytaxtın Xətai rayonu ərazində yerləşən evlərdən birində 2007-ci il təvəllüdlü Yusif Atalayın dəm qazından zəhərlənərək ölməsi, 2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin isə zəhərlənməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.

***

TƏBİB dəm qazından zəhərlənmə faktı ilə bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, qurumun məlumatına görə, ötən gün saat 21:50 radələrində 2012-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Bildirilib ki, pasiyentə dəm qazının toksiki təsiri diaqnozu qoyulub və ilkin tibbi yardım göstərilib.

Məlumata görə, daha sonra ixtisaslı tibbi xidmətin davam etdirilməsindən imtina edilib (Qafqazinfo).

***

Bakıda iki nəfər evdə dəm qazından zəhərlənib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mədxun qızı Bəkirova kirayədə yaşadıqları Xətai rayonu R.Bağırov küçəsi ev 30-un hamam otağında dəm qazından zəhərləniblər.

Y.Atalay hadisə yerində ölüb, T.Bəkirova xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

Избранный
50
16
redaktor.az

10Источники