RU

Prezidentin müvafiq sərəncamı vaxtında atılmış və təqdirəlayiq addımdır

“Bu ilin mart və aprel aylarında normadan artıq yağan yağışlar nəticəsində təəssüf ki, paytaxtımızda və Azərbaycanın müxtəlif regionlarında ciddi dağıntılar baş verdi. Təbiət hadisələrinin qarşısını almaq mümkün olmasa da, bu istiqamətdə dövlət tərəfindən ciddi addımlar da atılmalıdır ki, ziyanın əhatə dairəsi daha da genişlənməsin”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirdi.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində infrastrukturun dərhal bərpası, yolların, körpülərin və elektrik obyektlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi istiqamətində operativ tədbirlər dərhal görülməyə başlanılıb:

“Bu məqsədlə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi və fəsadların aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına tapşırıqlar verildi. Ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi istiqamətində işlərə start verildi. Əsas prioritet məsələlərdən biri əhalinin təhlükəsizliyinin təmin edilməsi idi və koordinasiyalı fəaliyyət nəticəsində bu istiqamətdə operativ nəticələr əldə olundu”.

Избранный
49
publika.az

1Источники