Bakıda 1 nəfərin dəm qazından ölməsi, digər şəxsin zəhərlənməsi faktı üzrə araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, aprelin 28-də paytaxtın Xətai rayonu ərazində yerləşən evlərdən birində 2007-ci il təvəllüdlü Yusif Atalayın dəm qazından zəhərlənərək ölməsi, 2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin isə zəhərlənməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır